00:25
3°C
Bakı
"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Klubdan Moderator.az-a verilən məlumata görə, amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.
29 yaşlı oyunçu 187 sm boya malikdir.
Bundan başqa, "ağ-qaralar" serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.