Konfrans Liqasının pley-off mərhələsinin püşkü atıldı:
İdman
183
17:40, Bu gün

Konfrans Liqasının pley-off mərhələsinin püşkü atıldı: "Samsunspor"un rəqibi bəlli oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, püşkatma UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor"un rəqibi Şimali Makedoniyanın "Şkendiya" klubu olub.

Turnirdə ilk səkkiz yeri tutan komanda birbaşa 1/8 finala vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan komandalar isə növbəti mərhələyə adlamaq uğrunda iki pley-off oyunu keçirəcəklər. İlk qarşılaşmalar fevralın 19-da, cavab oyunları isə bir həftə sonra baş tutacaq.

Püşkatmanın nəticələri belədir:

"KuPS" (Finlandiya) - "Lex" (Polşa);

"Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə);

"Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə);

"Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə);

"Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland);

"Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya);

"Drita" (Kosovo) - "Selye" (Sloveniya);

"Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya).

Konfrans Liqasının pley-off mərhələsinin püşkü atıldı: Samsunsporun rəqibi bəlli oldu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər