18:40
5°C
Bakı
"Aston Villa"nın və Niderland yığmasının forvardı Doniell Malen karyerasını "Roma"da davam etdirəcək.
Moderator.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi məlumat yayıb.
Müqavilənin detalları barədə açıqlanma verilməyib. Hücumçu yeni klubunda 14 nömrəli formanı geyəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Aston Villa"dan öncə "PSV Eyndhoven" və "Borussiya Dortmund"da çıxış edib.
O, klub karyerasında 294 oyunda iştirak edib və bütün turnirlərdə 104 qol vurub.
Malen Niderland millisində 49 oyun keçirib və 13 dəfə fərqlənib. Forvard AÇ-2020 və AÇ-2024 də daxil olmaqla bir neçə böyük turnirdə yığma komandanın heyətində yer alıb.