18:39
5°C
Bakı
İspaniyanın "Real" klubu "Bayer 04"də çıxış edən futbolçu Kristian Kofane ilə maraqlanır.
Moderator.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mümkün keçid Madrid təmsilçisinə 50 milyon avroya başa gələ bilər.
Leverkuzen təmsilçisi 19 yaşlı hücumçu üçün bu məbləği tələb edir.
Kamerunlu forvard 2025-ci ildə İspaniyanın "Albasete" klubundan 5 milyon avroya alınıb. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Kristian Kofane cari mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.