Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (Profesyonel Futbol Disiplin Kurulu - PFDK) Turkcell Super Kuboku matçı zamanı baş verən hadisələrə görə "Qalatasaray" və "Fənərbağça" klublarını cərimələyib.
"Qalatasaray" klubu 1 milyon 320 min türk lirəsi (təxminən 52 min manat), "Fənərbağça" klubu isə 330 min türk lirəsi (təxminən 13 min manat) məbləğində cərimələniblər.
Moderator.az bildirir ki, bu barədə TFF-nin veb saytında məlumat verilib.
Xəbərə görə, qurum azarkeşlərinin yaratdığı meydança hadisələrinə görə "Qalatasaray"a 220 min türk lirəsi (8600 manatdan çox) və kubok mərasimində iştirak etmədiyinə görə isə əlavə 1 milyon 100 min türk lirəsi (43 min manatdan çox) məbləğində cərimə təyin edib.
İntizam Şurası həmçinin eyni matç zamanı azarkeşlərinin yaratdığı meydança hadisələrinə görə "Fənərbağça"ya 330 min türk lirəsi məbləğində cərimə kəsib.