Türkiyəli məşhur mütəxəssis Azərbaycan klubunu çalışdıra bilər
İdman
135
15:05, Bu gün

Türkiyəli məşhur mütəxəssis Azərbaycan klubunu çalışdıra bilər

"Baş məşqçi olaraq deyə bilərəm ki, Azərbaycan futbolu son illərdə çox inkişaf edir".
 
Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə millisinin və "Fənərbağça"nın sabiq qapıçısı Volkan Demirel deyib.
 
O bildirib ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov ilə "Hatayspor"da birlikdə çalışıb, onunla hələ də əlaqələri var:
 
"Onun inkişafını izləyirəm. Şərtlər uyğun olarsa və komanda üçün doğru seçimdirsə, Azərbaycandan gələcək təklifləri müsbət qiymətləndirə bilərəm".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər