Məşhur mütəxəssis
İdman
134
13:30, Bu gün

Məşhur mütəxəssis "Sabah" klubuna məşq keçdi

Aut üzrə məşhur məşqçi Tomas Qronnemark "Sabah" komandasına məşq keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə danimarkalı mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.
 
“Bu həftə Azərbaycanda "Sabah" klubu ilə məşq keçdik. Bu mənim üçün böyük şərəf olmaqla yanaşı, sözün əsl mənasında ömürlük bir təcrübə oldu. Klubda mənə ailənin bir üzvü kimi yanaşıldı. Komandaya öz “Uzun, sürətli və ağıllı aut” fəlsəfəm əsasında məşqlər keçdim. Məşqlər aşağı, orta və yüksək çətinlik səviyyəli tapşırıqların, eyni zamanda aşağı, orta və yüksək intensivliyin balansı üzərində qurulmuşdu. Bu yanaşma mənim 9 sahədən ibarət olan “Mürəkkəblik-İntensivlik modeli”m əsasında uyğunlaşdırılıb", - deyə Qronnemark bildirib.
 
50 yaşlı çalışdırıcı paytaxt Bakı barədə də xoş sözlər yazıb: "Bakı həqiqətən möhtəşəmdir. Bu şəhər haqqında yalnız yaxşı sözlər demək olar. Tarixi və müasir memarlığın vəhdəti, mehriban insanlar, dadlı mətbəx və dəniz kənarında yerləşməsi Bakını xüsusi edir. Əgər indiyə qədər Bakıda olmamısınızsa, mütləq ziyarət etməyi tövsiyə edirəm. Məni komandalarında aut üzrə məşqlər keçmək üçün dəvət etdiklərinə görə "Sabah" klubuna təşəkkür edirəm".
 
Qeyd edək ki, Tomas Qronnemark Yürgün Kloppla birgə "Liverpul"da çalışıb. O, "Atletiko Madrid", "Borussiya Dortmund", "Ayaks" və digər məşhur komandalarının da məşqçisi olub. Qronnemark hazırda "Arsenal"la əməkdaşlıq edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər