İdman
126
12:14, Bu gün

"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.
 
Bu barədə Moderator.az-a klubdan məlumat verilib.
 
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
 
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
 
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər