Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini tərtib edib.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yenilənmiş siyahıda "Qarabağ" 68-ci pillədən 69-cu yerə düşüb.
Son Azərbaycan çempionunun aktivində 182,5 xal var.
93,5 xalla "Sabah" komandası 252-ci sıradan 224-ə yüksəlib. "Zirə" (66,75) 360-cıdan 389-cu sıraya enib. "Araz-Naxçıvan" (60,25) 486-dan 456-ya, "Neftçi" (51,25) 563-dən 553-ə irəliləyib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.
Qeyd edək ki, cədvələ 613 xalla Fransanın PSJ klubu başçılıq edir. İspaniyanın "Real Madrid" komandası 471 xalla ikinci, İngiltərə "Çelsi"si isə 447 xalla üçüncüdür.