Azərbaycanın yeniyetmə cüdoçuları üçün seminar təşkil olunub
İdman
101
15 Jan 2026 | 23:59

Azərbaycanın yeniyetmə cüdoçuları üçün seminar təşkil olunub

Yeniyetmə oğlanlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.

Bu barədə Moderator.az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Tədbir ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə keçirilib.

Qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah olunub, müxtəlif vəziyyətlər üzrə qərarvermə meyarları müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın təkmilləşdirilməsi olub.

Link kopyalandı!
Son xəbərlər