2026-cı ilin Dünya İdman Paytaxtı: Bakı diqqət mərkəzindədir
İdman
131
15 Jan 2026 | 23:15

2026-cı ilin Dünya İdman Paytaxtı: Bakı diqqət mərkəzindədir

"Bakı iri beynəlxalq tədbirlərə ev sahibliyi edərək, idman obyektlərini genişləndirərək, eləcə də elitar idmanda, gənclər proqramlarında və sosial inteqrasiya təşəbbüslərində iştirak səviyyəsini artıraraq, 2026-cı ildə Dünya İdman Paytaxtı qismində roluna hazırlaşır".

Moderator.az bu fikirlər "Euronews" telekanalında efir üzü görən süjetdə yer alır.

Qeyd edilir ki, Bakı 2026-cı ildə Dünya İdman Paytaxtı statusuna hazırlaşaraq qlobal idman arenasındakı mövqelərini möhkəmləndirir. Ölkədə 200-dən çox idman obyekti inşa olunub və paytaxt iri beynəlxalq yarışlara və çoxşaxəli idman tədbirlərinə ev sahibliyini davam etdirir. Təqvimə qlobal forumlar, dünya çempionatları və "Formula-1" kimi flaqman tədbirlər daxildir.

Rəsmi qurumların bildirdiyinə görə, iştirak səviyyəsi artır və hazırda iri yarışlarda idmançıların təxminən 40 faizini qadınlar təşkil edir. Elitar idmanla yanaşı, Azərbaycan gənclərin cəlb olunmasını, sosial inteqrasiyanı və könüllülük proqramlarını da genişləndirir ki, bu da Bakının etibarlı beynəlxalq idman tərəfdaşı kimi nüfuzunu gücləndirir.

Link kopyalandı!
Son xəbərlər