DÇ-2026 rekordlar turniri olacaq: Yarım milyard bilet sifarişi olub
İdman
128
21:35, Bu gün

DÇ-2026 rekordlar turniri olacaq: Yarım milyard bilet sifarişi olub

FIFA 2026-cı il dünya çempionatının oyunlarına biletlərə böyük maraq olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, turnirin matçlarına bilet almaq istəyənlərdən ümumilikdə təxminən 500 milyon sifariş daxil olub.

Oyunların rəsmi təqvimi açıqlanmadan əvvəl, ötən ilin oktyabr və noyabr aylarında artıq 2 milyon bilet satılıb. Məlumata görə, dünya çempionatı üzrə 4-5 milyon bilet hələ də satışdadır.

Maraqlıdır ki, final oyunu sorğuların sayına görə yalnız üçüncü yerdə qərarlaşıb. Açılış qarşılaşması olan Meksika-Cənubi Afrika oyunu isə dördüncü pillədədir. Hazırda ən böyük maraq Kolumbiya-Portuqaliya matçına göstərilir. İkinci yerdə isə Meksika-Cənubi Koreya qarşılaşması yer alır.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-də Meksika şəhərində start götürəcək və iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında başa çatacaq. Oyunlar ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər