İdman
223
15 Jan 2026 | 21:40

"Atletiko" və "Ayaks"ın sabiq futbolçusu Premyer Liqada məşqçiliyə başlayıb

Niderlandlı mütəxəssis Con Heytinqa İngiltərənin "Tottenhem" komandasında məşqçi vəzifəsinə təyin olunub.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, London kollektivində baş məşqçi Tomas Franskın köməkçisi kimi fəaliyyət göstərəcək. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti göstərilməyib.

Qeyd edək ki, Con Heytinqa futbolçu karyerasında "Atletiko" (Madrid, İspaniya), "Everton", "Fulham" (hər ikisi İngiltərə), "Herta" (Almaniya) və "Ayaks" (Niderland) klublarının formasını geyinib. O, 2025-ci ilin iyulundan noyabrına qədər "Ayaks" baş məşqçisi vəzifəsində çalışıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər