Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında finalçılar müəyyənləşib
İdman
183
20:05, Bu gün

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında finalçılar müəyyənləşib

Kamandan oxatma üzrə keçirilən Azərbaycan birinciliyi və çempionatında finalçılar müəyyənləşib.

Moderator.az xəbər verir ki, təsnifat mərhələsini uğurla başa vuran 70-dən çox idmançı 18 metr məsafədən oxatma üzrə şəxsi qarşılaşmalarda güclərini sınayıblar.

​Yarışın gedişatında böyüklər və gənclər (U21) kateqoriyaları üzrə təşkil edilən 1/16, 1/8 və 1/4 final mərhələləri yekunlaşıb. Gərgin keçən mübarizələrdə ən sərrast oxatanlar finala vəsiqə qazanıblar.

Həlledici qarşılaşmalarda qızıl medal uğrunda qadınlar arasında Yaylagül Ramazanova, Fatimə Hüseynli, kişilər arasında isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli qüvvələrini sınayacaqlar.

​Bürünc medal uğrunda qadınlarların mübarizəsində Dilguşə Sadıqova, Aliyə Əliyeva, kişilər arasında isə Əhməd Hüseynov, və Hüseyn Məhərrəmov yarışacaqlar.

​Qeyd edək ki, yarışın sonunda qaliblərə medal, diplom və federasiya tərəfindən xüsusi mükafatlar təqdim olunacaq.

Link kopyalandı!
Son xəbərlər