İdman
236
19:55, Bu gün

"Real"ın futbolçusu irqçi təhqirlərə məruz qalıb

İspaniyanın "Real" (Madrid) klubunun braziliyalı futbolçusu Vinisius Junior Kral Kubokunun 1/8 final mərhələsində irqçi təhqirə məruz qalıb.

Moderator.az "AS" qəzetinə istinadən xəbər verir ki, hadisə ötən gün "Real"ın "Albasete" ilə (3:2) oyunundan sonra baş verib.

Final fitindən sonra stadiondakı azarkeşlərdən biri Vinisiusa banan atıb. İnsident İspaniya Kral Futbol Federasiyasının əməkdaşı tərəfindən qeydə alınıb.

"Albasete" klubu rəsmi açıqlamasında insidentlə bağlı araşdırmalara start verildiyini və hadisəni törədən azarkeşin müəyyənləşdirilməsi üçün iş aparıldığını bildirib.

Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən "Real "ın formasını geyinir. O, Madrid təmsilçisi ilə üç dəfə İspaniya çempionu olub və iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Link kopyalandı!
Son xəbərlər