22:50
4°C
Bakı
Misli Premyer Liqasının iki təmsilçisi - "Araz-Naxçıvan" və "Qəbələ" komandaları arasında keçirilən yoxlama matçı başa çatıb.
Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə "Qəbələ" rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
Matçın yeganə qolunu 38-ci dəqiqədə qanalı hücumçu Prins Ovusu vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.