Həvəskar tennisçi dünya ulduzlarını məğlub edərək böyük məbləğdə mükafat qazanıb
İdman
292
19:57, Bu gün

Həvəskar tennisçi dünya ulduzlarını məğlub edərək böyük məbləğdə mükafat qazanıb

Həvəskar tennisçi Cordan Smit "Australian Open 2026" çərçivəsində təşkil olunan "1 Point Slam" turnirində dünya ulduzlarını məğlub edərək 1 milyon Avstraliya dolları (təxminən 670 min ABŞ dolları) qazanıb.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi formatda keçirilən yarışda həm dünya ulduzları, həm də aşağı reytinqli, həvəskar idmançılar mübarizə aparıblar.

Turnirin qaydalarına əsasən, kişi və qadın tennisçilər eyni şəbəkədə yarışıblar və matçda qalib gəlmək üçün cəmi bir xal qazanmaq kifayət edib.

Cordan Smit çempionluq yolunda Pablo Karrenyo-Busta, Yannik Sinner, Amanda Anisimova və Pedro Martinesi mübarizədən kənarlaşdırıb. O, həlledici qarşılaşmada dünya reytinqində 117-ci pillədə qərarlaşan Coanna Qarlandı məğlub edərək əsas mükafata sahib çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər