19:18
4°C
Bakı
Ukrayna millisinin qapıçısı Anatoli Trubin mövsümün sonunda Portuqaliyanın "Benfika" klubundan ayrıla bilər.
Moderator.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Lissabon təmsilçisi 24 yaşlı qolkiperlə vidalaşmaq niyyətindədir.
"Benfika" artıq bu mövqeyə başqa bir oyunçu da tapıb. İddiaya görə, Türkiyənin "Fənərbağça" komandasında çıxış edən Edersonun nümayəndələri futbolçunun 2026-cı ilin yayında geri dönəcəyinə zəmanət veriblər.
Qeyd edək ki, Ederson 2015-2017-ci illər aralığında "Benfika"nın əsas komandasında çıxış edib. Trubin isə 2023-cü ildən Lissabon klubunun formasını geyinir.