17:32
4°C
Bakı
AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" - "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın turnirdən kənarlaşdırılmasına qərar verilib.