İdman
125
13:29, Bu gün

"Everton" "Fənərbağça"nın hücumçusunu transfer etmək istəyir

"Everton" klubu "Fənərbağça"nın futbolçusu Yusuf En-Nesirini heyətinə qatmaq niyyətindədir.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 28 yaşlı hücumçu üçün sürətli və gözlənilməz bir transfer əməliyyatına başlayıb.
 
"Fənərbağça" rəhbərliyi futbolçunun həm icarə, həm də daimi transfer variantlarının nəzərdən keçirə biləcəklərini açıqlayıb. Mərakeşli hücumçunun İstanbul klubu ilə 2029-cu ilə qədər müqaviləsi olsa da, tərəflər arasında danışıqların müsbət nəticələnəcəyi ehtimal edilir.
 
Qeyd edək ki, Yusuf En-Nesiri 2024-cü ilin yayında "Sevilya"dan "Fənərbağça"ya transfer olub. O bu mövsüm bütün turnirlər daxil olmaqla 25 oyunda səkkiz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun transfer dəyəri 22 milyon avro olaraq göstərilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər