Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasının iki təmsilçisi - "Araz-Naxçıvan" və "Qəbələ" komandaları bu gün yoxlama matçında güclərini sınayacaqlar.
Moderator.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" son hazırlıq matçında klubun əvəzedici komandasını məğlub etməyi bacardı. Qarşılaşma 7:0 hesabı ilə yekunlaşıb. "Qəbələ" isə son görüşündə "Kəpəz"i 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Bu görüş hər iki komanda üçün mövsümə hazırlıq prosesinin mühüm mərhələsi olmaqla yanaşı, baş məşqçilərə taktiki planlarını sınamaq və heyətlərindəki yeni transferləri qiymətləndirmək imkanı yaradacaq.