Türkiyə Kuboku: “Qalatasaray” növbəti qələbəsini qazanıb
İdman
257
13 Jan 2026 | 23:47

Türkiyə Kuboku: “Qalatasaray” növbəti qələbəsini qazanıb

Türkiyə Kubokunda II turun oyunları davam edir.

Moderator.az xəbər verir ki, “Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşıb.

Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda A qrupunda 6 xalla “Qalatasaray” liderdir. 4 xala malik “Alanyaspor” ikinci, 3 xalı olan “Başakşəhər” isə üçüncü pillədə qərarlaşıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər