Bundesliqanın oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
İdman
177
13 Jan 2026 | 22:55

Bundesliqanın oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

Almaniya Bundesliqasının XVII turunda keçirilməli olan "Hamburq" – "Bayer 04" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Moderator.az xəbər verir ki, qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da başlaması planlaşdırılırdı.

Lakin stadionun qar və buzla örtülməsi matçın keçirilməsinə mane olub.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı məlumat daha sonra veriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər