Xabi Alonso
İdman
190
16:07, Bu gün

Xabi Alonso "Real" azarkeşlərinə müraciət edib

İspaniyanın "Real" klubundan göndərilən Xabi Alonso azarkeşlərə müraciət edib.

Moderator.az xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabı vasitəsilə bu komandaya rəhbərlik etməyin şərəf və böyük məsuliyyət olduğunu bildirib.

"Bu peşəkar mərhələ başa çatdı və hər şey istədiyimiz kimi alınmadı. "Real"ı çalışdırmaq şərəf və böyük məsuliyyət idi. Kluba, oyunçulara və hər şeydən əvvəl azarkeşlərə – bütün madridistlərə inam və dəstəyə görə təşəkkür edirəm. Hörmət, minnətdarlıq və əlimdən gələni etdiyim üçün qürur hissi ilə gedirəm", - X.Alonso vurğulayıb.

Qeyd edək ki, yanvarın 12-də istefaya göndərilən Xabi Alonsonu "Kral klubu"nda Alvaro Arbeloa əvəzləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər