Emanuel Addai Türkiyə yolunda:
İdman
355
13:43, Bu gün

Emanuel Addai Türkiyə yolunda: "Qarabağ"ın ulduz hücumçusu "Konyaspor"a transfer oluna bilər

"Qarabağ"ın istedadlı futbolçusu Emanuel Addai karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Moderator.az Sport24.az-a istinadən xəbər verir ki, 24 yaşlı qanalı hücumçunun yay transfer pəncərəsində "Konyaspor"a keçmək ehtimalı yüksəkdir.

Məlumata görə, Addai menecerləri vasitəsilə artıq Türkiyə Superliqasının tanınmış klubuna təklif edilib. Futbolçunun "Qarabağ"la müqaviləsinin bu mövsüm sonunda başa çatması "Konyaspor" rəhbərliyinin danışıqlar zamanı əlini gücləndirən əsas amillərdən biridir. Bu, Konya təmsilçisinə transfer məbləğinə qənaət edərək futbolçunu azad agent statusunda heyətinə qata bilmək imkanı yaradır.

Əgər bu keçid reallaşarsa, Emanuel Addai "Qarabağ"dan "Konyaspor"a transfer edilən ilk oyunçu olmayacaq. Cari ildə malili yarımmüdafiəçi Hamidu Keyta Ağdam klubundan ayrılaraq Türkiyə təmsilçisinə qoşulmuşdu. Keyta "Qarabağ"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra "Konyaspor"la müqavilə imzalamışdı.

Xatırladaq ki, Emanuel Addai 2024-cü ilin yayında "Qarabağ"a transfer olunub və qısa müddətdə komandanın hücum xəttində özünəməxsus yer tutmağı bacarıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər