“Beşiktaş” “Latsio”nun sol cinah müdafiəçisi Nuno Tavareslə razılığa gəlib.
Moderator.az xəbər verir ki, qış transfer pəncərəsində heyətini gücləndirməyə çalışan “qara qartallar” David Jurasekin müqaviləsini ləğv edərək onu yola salıb.
Çexiyalı müdafiəçinin boşluğunu doldurmaq üçün hərəkətə keçən rəhbərlik “Latsio”nun 25 yaşlı portuqaliyalı ulduzu Nuno Tavares ilə bütün şərtlərdə razılığa gəlib.
İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər 10 milyon avroluq icbari satın alma bəndi daxil olmaqla icarə müqaviləsi üzərində anlaşıblar.
Qeyd edək ki, hazırda “Latsio” transferi yekunlaşdırmaq üçün “Beşiktaş”dan son sənədlərin göndərilməsini gözləyir. Portuqaliyalı sol cinah müdafiəçisinin yaxın saatlarda İstanbula gələrək tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.