Güllə atıcılarımız Avropa çempionatında iştirak edəcəklər
İdman
478
12 Jan 2026 | 21:55

Güllə atıcılarımız Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın iki güllə atıcısı Bolqarıstanın Burqas şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) məlumat yayıb.

Turnirdə güllə atıcılarımız Leyli Əliyeva və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma proqramında qüvvələrini sınayacaqlar. L.Əliyeva və İ.Qarayev fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı fevralın 9-15-də təşkil olunacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər