İdman
1095
14:56, Bu gün

"Mançester Yunayted"in baş məşqçisi postuna əsas namizəd bəlli oldu

"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Maykl Kerrikin klubun baş məşqçisi postunu tutması ehtimalı yüksəkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.
 
Məlumata görə, tərəflər danışıqlar aparıblar və hazırda həmin vəzifəyə namizədlər siyahısında Kerrik ilk yerdədir.
 
"Mançester Yunayted"in bu həftə yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir. Namizədlər arasında "qırmızı şeytanlar"ın sabiq çalışdırıcısı Ule Qunnar Sulşerin də adı hallanır.
 
Xatırladaq ki, klub yanvarın 5-də baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb. Klub müvəqqəti olaraq Darren Fletçerə tapşırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər