Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Superkubokunun final oyununda əzəli rəqibi “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”da ittihamlar səngimək bilmir. Rəhbərlik təmkinli davransa da, azarkeşlər baş məşqçi Okan Buruku tənqid etməkdən çəkinmirlər. Sosial şəbəkə istifadəçisi olan milyonlarla “Qalatasaray” tərəfdarı baş məşqçini yanlış qərarlar verməkdə suçlayır.
Moderator.az xəbər verir ki, “Qalatasaray”ın ulduz qapıçısı Uğurcan Çakır da narazıların sırasına qoşulub.
Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, təcrübəli qapıçı Okan Burukla görüşərək, “Fənərbaxça” matçında ehtiyat oyunçular skamiyasında oturduğu üçün ondan izahat tələb edib.
Məlumata görə, baş məşqçi çıxılmaz vəziyyətdə qaldığını etiraf edib. O, digər qapıçı Günay Güvençin də oynamaq istədiyini bildirib. Okan Buruk tezliklə vəziyyətdən çıxış yolu tapacağını vəd edərək, 30 yaşlı qapıçını sakitləşdirməyə müvəffəq olub.