İdman
1337
11:30, Bu gün

"Fənərbağça"nın Superkubokdan əldə etdiyi qazanc bilindi

Türkiyə Superkubokunun qalibi olan "Fənərbağça" klubunun əldə etdiyi gəlir məlum olub.
 
Moderator.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İstanbul nəhəngi titula yiyələnməklə 100 milyon lirə (təxminən 3,9 milyon manat) qazanc əldə edib.
 
Türkiyə Futbol Federasiyası (TFF) sponsorluq və bilet satışlarından gələn vəsaitlər dəqiqləşdirildikdən sonra "Fənərbağça"ya ödəniləcək yekun məbləği rəsmi olaraq açıqlayacaq.
 
Qeyd edək ki, "Fənərbağça" Türkiyə Superkubokunun finalında əzəli rəqibi "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər