İtaliya A Seriyası:
İdman
870
11 Jan 2026 | 20:27

İtaliya A Seriyası: "Milan" azlıqda qalan "Fiorentina" ilə bacarmadı

İtaliya A Seriyasının 20-ci turunda "Milan" səfər matçında "Fiorentina" ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, ilk hissənin sonlarında meydan sahibləri azlıqda qalıblar. Buna baxmayaraq, Florensiya klubu təslim olmayıb və meydandan xalla ayrılıb.

"Fiorentina"dan Komussonun 66-cı dəqiqədəki qoluna milanlı Nkunku 90-cı dəqiqədə cavab verib - 1:1.

Hazırda "Milan" 40 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Onun rəqibi isə 14 xalla 18-cidir.

Link kopyalandı!
Son xəbərlər