Bizi sosial şəbəkələrdən izləyin:
Futbol üzrə Türkiyə Superkubokunun qalibi olan “Fənərbağça”da komanda üzvlərinə pul mükafatı verilib.
Moderator.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
İddiaya görə, finalda “Qalatasaray” üzərində qazanılan qələbəyə görə futbolçular ümumilikdə 1,5 milyon avro mükafat alıblar.
Qeyd edək ki, ötən gün Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Fənərbağça”nın 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.