Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı
İdman
1804
11 Jan 2026 | 12:25

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı

"Qarabağ" U-19 komandasının 16 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.
 
Moderator.az xəbər verir ki, o, komandanın tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
 
Qeyd edək ki, Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da keçirəcək. 
 
Toplanış çərçivəsində "Qarabağ" yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın "Zaqlebie Lubin" klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
 
Link kopyalandı!
Son xəbərlər