Hans Flik
İdman
1766
10:58, Bu gün

Hans Flik "El-Klasiko" barədə danışdı: Favorit kimdir?

"Final finaldır, "Real Madrid"ə qarşı matç isə tamamilə başqadır, mən favoritlər haqqında danışmaq istəmirəm".
 
Moderator.az "Barselona" klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik İspaniya Superkubokunun final matçı barədə danışarkən deyib.
 
"Biz əla futbol nümayiş etdirmək istəyirik. Diqqətimizi oyuna yönəltmişik və mən oyunçularıma güvənirəm. "Real Madrid" fantastik komandadır, ən yaxşılardan biridir. Onların dünya səviyyəli, yüksəkkeyfiyyətli oyunçuları var. Lakin mən öz komandama fokuslanmışam, çünki bu kuboku qazanmaq istəyirik", - deyə Flik vurğulayıb.
 
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək İspaniya Superkubokunun finalında "Real Madrid" və "Barselona" klubları üz-üzə gələcəklər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər