Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Superkubokunun qalibi məlum olub.
Moderator.az xəbər verir ki, həlledici matçda "Fənərbağça" "Qalatasaray"ı üstələyib.
Hesabı 28-ci dəqiqədə Genduzi açıb. 48-ci dəqiqədə Ostervolde fərqi artırıb - 2:0.
Bu qollar sayəsində "Fənər" İstanbul derbisində qalib gələrək Superkuboka sahib çıxıb.
Qeyd edək ki, Türkiyə Superkubokunun əvvəlki sahibi "Beşiktaş" olub. Mükafata ən çox yiyələnmiş komanda isə onu 17 dəfə qazanan "Qalatasaray"dır.