Dyökereş Premyer Liqada 16 saatdan çoxdur, açıq oyunda qol vura bilmir
İdman
610
09 Jan 2026 | 22:40

Dyökereş Premyer Liqada 16 saatdan çoxdur, açıq oyunda qol vura bilmir

"Arsenal"ın hücumçusu Viktor Dyökereş İngiltərə Premyer Liqasının XXI turunda "Liverpul"la 0:0 hesabı ilə başa çatan matçda fərqlənə bilməyib.

Moderator.az "Opta Sport"a istinadən xəbər verir ki, isveçli futbolçu Premyer Liqada artıq 1010 dəqiqədir (16 saatdan çox), açıq oyunda qol vura bilmir.

Dyökereşin sonuncu adi oyun vəziyyətindən vurduğu qol sentyabrın 13-də "Nottinqem Forest"ə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyuna təsadüf edib.

Həmin vaxtdan sonra forvard Premyer Liqada cəmi iki qol vurub. O, "Börnli" ilə oyunda (2:0) künc zərbəsindən, "Everton"la matçda isə (1:0) penaltidən fəralənib.

Qeyd edək ki, künc zərbəsi, cərimə zərbəsi və penaltidən vurulan qollar açıq oyun qolu hesab olunmu.

V.Dyökereş bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 24 oyun keçirib və 7 qol vurub. Onun London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Link kopyalandı!
Son xəbərlər