İdman
753
09 Jan 2026 | 17:38

"Barselona" və "Real"ın sabiq futbolçusu Çempionlar Liqasında çıxış edən kluba baş məşqçi təyin olundu

Kiprin "Pafos" komandasının yeni baş məşqçisi məlum olub.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu vəzifəyə "Barselona" və "Real Madrid" klublarının sabiq ispan futbolçusu Albert Seladess gətirilib.

O bu vəzifədə həmyerlisi Xuan Karlos Karsedonu əvəzləyib.

Qeyd edək ki, "Pafos" bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Komanda Liqa mərhələsinin başa çatmasına iki tur qalmış pley-off mərhələsinə yüksəlmək şansını saxlayır.

Barselona və Realın sabiq futbolçusu Çempionlar Liqasında çıxış edən kluba baş məşqçi təyin olundu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər