Türkiyə Superkubokunun finalı: “Qalatasaray”-“Fənərbaxça” qarşılaşmasının vaxtı dəyişdirilib
İdman
1298
09 Jan 2026 | 17:37

Türkiyə Superkubokunun finalı: “Qalatasaray”-“Fənərbaxça” qarşılaşmasının vaxtı dəyişdirilib

“Qalatasaray” ilə “Fənərbaxça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.

Moderator.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.

Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.

Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər