Bizi sosial şəbəkələrdən izləyin:
"Neftçi" futbol klubu qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirəcək.
Moderator.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" klubu isə bu gün saat 16:00-da Macarıstanın "Pakş" komandası ilə qarşılaşacaq.