İdman
1200
08 Jan 2026 | 19:45

"Bavariya" qapıçısını İngiltərə klubuna icarəyə verdi

Almaniyanın "Bavariya" klubu israilli qapıçısı Daniel Peretsi İngiltərə "Sauthempton"una icarəyə verib.

Moderator.az xəbər verir ki, bu barədə Münhen klubu rəsmi məlumat yayıb.

Qolkiper mövsümün sonuna qədər "Sauthempton"da çıxış edəcək. 25 yaşlı israilli qapıçı mövsümün ilk yarısını "Hamburq"da icarə əsasında keçirib. İndi o, İngiltərədə təcrübə qazanacaq.

"Perets 2023-cü ilin yayında Təl-Əviv "Makkabi"sindən "Bavariya"ya keçib və Münhen klubunun heyətində yeddi oyun keçirib. Ötən il "Bavariya"nın heyətində Bundesliqanın qalibi olub. Münhendə olduğu müddətdə o, İsrail millisinin üzvü kimi özünü təsdiqləyib və yığmada 10 oyun keçirib", - deyə klubdan verilən açıqlamada bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər