İdman
1253
08 Jan 2026 | 18:47

"Real"ın qapıçısı karyerasını Premyer Liqada davam etdirə bilər

İspaniya təmsilçisi "Real"ın (Madrid) qapıçısı Andrey Lunin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiperin xidmətində "Tottenhem", "Brayton" və "Nottinqem" klubları maraqlıdır.

Qeyd edək ki, 26 yaşlı Andrey Lunin 2018-ci ildən "Real"ın şərəfini qoruyur. Onun "kral klubu" ilə olan müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq.

"Transfermarkt" portalı Luninin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər