İdman
1263
08 Jan 2026 | 17:47

"Fənərbağça"nın yeni transferi İstanbula GƏLDİ

"Fənərbağça"nın fransalı yeni transferi Matteo Genduzi İstanbula gəlib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu hava limanında klub rəsmiləri və "sarı-lacivərdlər"in çoxsaylı azarkeşləri qarşılayıblar.

Tanınmış futbolçu tibbi müayinədən keçdikdən sonra "Fənərbağça" ilə rəsmi müqavilə imzalayacaq.

Genduzinin yanvarın 10-da "Qalatasaray"a qarşı keçiriləcək derbidə heyətdə yer alacağı gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər