Bu axşam İspaniya Superkubokunda Madrid derbisi olacaq
İdman
1475
08 Jan 2026 | 17:17

Bu axşam İspaniya Superkubokunda Madrid derbisi olacaq

Bu gün İspaniya Superkubokunun yarımfinal mərhələsində Madrid derbisi olacaq.

Moderator.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Kinq Abdullah" stadionunda keçiriləcək "Atletiko Madrid" - "Real Madrid" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyununda "Barselona" "Atletik Bilbao"ya 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, finala çıxan komandalar yanvarın 11-də qarşılaşacaqlar.

8 yanvar

İspaniya Superkuboku

Saat 23:00, "Atletiko Madrid" - "Real Madrid".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər