Holand
İdman
1363
08 Jan 2026 | 15:19

Holand "Mançester Siti"də yubiley qolunu vurdu

"Mançester Siti"nin hücumçusu Erlinq Holand Premyer Liqada "Brayton"la oyunda (1:1) klubun heyətində 150-ci qolunu vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin Mətbuat Xidməti məlumat yayıb.
 
Məlumata görə, norveçli forvarda yubiley qolunu vurmaq üçün bütün turnirlərdə 173 oyun keçirməsi lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, Holand 2022-ci ilin yayından Mançester təmsilçinin heyətində oynayır. O, İngiltərə klubuna "Borussiya Dortmund"dan transfer olunub. "Transfermarkt"ın məlumatına görə, onun hazırkı transfer qiyməti 200 milyon avrodur. Norveçli ulduz dünyanın ən bahalı üç futbolçusundan biridir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər