İdman
1595
08 Jan 2026 | 14:20

"Liverpul" "Qarabağ" azarkeşləri üçün biletlərin sayını azaltdı

İngiltərənin "Liverpul" klubu tərəfindən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda "Qarabağ"la keçiriləcək oyunda azərbaycanlı azarkeşlərə ayırdığı bilet sayı məlum olub.
 
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" Futbol Klubunun mətbuat katibi Anar Hacıyev deyib.
 
Bildirilib ki, komandanı "Enfild" stadionunda 1250 nəfər azarkeş dəstəkləyəcək.
 
Qarşılaşma yanvarın 28-də baş tutacaq.
 
Qeyd edək ki, İngiltərə mətbuatında daha öncə "Qarabağ" tərəfdarları üçün 2000 nəfərlik yerin ayrıldığı, yerli azarkeşlərin oyuna böyük marağına görə isə bu sayın azaldıldığı barədə xəbərlər yayılıb. Anar Hacıyev bu barədə məlumatlı olmadığını bildirib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər