Kolumbiyalı hücumçu Radamel Falkao rəsmi olaraq ölkəsinin tanınmış klublarından biri olan "Millionarios" ilə yenidən razılığa gəlib.
Moderator.az "Haber Global" istinadən xəbər verir ki, futbol dünyasında "El Tigre" ləqəbi ilə tanınan ulduz təxminən 6 aylıq fasilədən sonra meydana qayıdır.
Kolumbiya komandasının sosial media hesablarında yer alan emosional açıqlamada Falkaonun "evinə qayıtması" vurğulanır. Klub azarkeşləri əfsanəvi hücumçunun qayıdışını böyük coşğu ilə qarşılayıblar.
Qeyd edək ki, Falkao müqaviləsi bitdikdən sonra ötən ilin iyul ayında "Millionarios"dan ayrılıb.
Parlaq karyerası boyunca hücumçu "River Playt", "Portu", "Atletiko Madrid", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi futbol klublarında oynayıb.