İdman
1633
08 Jan 2026 | 01:45

"Beşiktaşı"ın futbolçusu klubdan ağlayaraq ayrıldı

"Beşiktaş" klubu təcrübəli müdafiəçisi Qabriel Paulista ilə yollarını ayırmağa hazırlaşır.

Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Antalyada keçirilən təlim-məşq toplanışını yarımçıq qoyaraq komandanın düşərgəsini tərk edib.

Məlumata görə, buna futbolçunun valideynlərinin səhhətinin pisləşməsi səbəb olub. "Qara qartallar"ın yaydığı rəsmi açıqlamada futbolçunun bu istəyinin anlayışla qarşılandığı qeyd olunub.


Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2024-cü ilin yayında "Atletiko"dan ayrıldıqdan sonra "Beşiktaş"a azad agent kimi qoşulub.

O, "ağ-qaralar"ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər