“Atletiko” dünya çempionunu transfer etməyinə peşman oldu
İdman
1655
08 Jan 2026 | 01:22

“Atletiko” dünya çempionunu transfer etməyinə peşman oldu

“Atletiko” 2025-ci ilin yayında heyətinə qatdığı yarımmüdafiə Tyaqo Almada ilə yolları cəmi yarım ildən sonra ayıra bilər.

Moderator.az xəbər verir ki, Almada “hindulara”a 2025-ci ilin yayında Yulian Alvaresi dəstəkləməyə və komandaya keyfiyyət qatması üçün transfer edilmişdi. Lakin bu müddətd ərzində o, meydanda cəmi 571 dəqiqə keçirib. Bu da artıq altı tam oyundan bir qədər çoxdur.

Argentinalı futbolçu Dieqo Simeonenin planlarında əsas fiqura çevrilə bilməyib. Nəticədə “Atletiko” 2022-ci il dünya çempionunu transferə çıxarıb. “Cadena SER”-in məlumatına görə, klub rəhbərliyi Almada üçün təklifləri gözləyir.

Bu vəziyyət onun üzvü olduğu Argentina millisində də narahatlıq yaradıb. ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Çempionatına 6 aydan az vaxt qaldığı bir vaxtda Almadanın az oyun təcrübəsi baş məşqçi Lionel Skaloni tərəfindən formalaşdırılacaq heyətdə yerini risk altına sala bilər. Buna baxmayaraq, Almadanın təcrübəsi yığma üçün hələ də yüksək qiymətləndirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər