İdman
1725
07 Jan 2026 | 18:27

"Bavariya"nın yarımmüdafiəçisi qarşıdakı iki matçda meydana çıxa bilməyəcək

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Yozua Kimmix qarşıdakı iki matçda meydana çıxa bilməyəcək.

Moderator.az "Kicker"ə istinadən xəbər verir ki, 30 yaşlı almaniyalı futbolçu Bundesliqada "Volfsburq" və "Köln"ə qarşı oyunları buraxacaq.

Buna səbəb Kimmixin noyabrda Almaniya millisinin düşərgəsində zədə almasıdır. Onun topuğunda problemlər yaşadığı, "Bavariya"nın riskə yol vermək istəmədiyi bildirilib.

O, yalnız tam sağaldıqdan sonra komandaya qoşulacaq. Futbolçu zədə səbəbindən ötən ilin dekabrında "Haydenhaym"a qarşı sonuncu matçı da buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Y.Kimmix cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 23 oyunda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər