Bakıdakı dünya çempionatında yarışan amerikalı idmançı sərt cəzalandı
İdman
1933
07 Jan 2026 | 16:30

Bakıdakı dünya çempionatında yarışan amerikalı idmançı sərt cəzalandı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ABŞ-nin qol güləşi üzrə idmançısı Timoti Lüisi cəzalandırıb.
 
Bu barədə Moderator.az-a AMADA-dan məlumat verilib.
 
Lüisin 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatı zamanı verdiyi nümunəsində qadağan edilmiş maddə (S1. Anabolik Androgenik Steroidlər (AAS)/ 19-norandrosterone; S1. Anabolik Androgenik Steroidlər (AAS)/ trenbolon metaboliti epitrenbolon) aşkarlanıb.
 
O, üç il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Lüisin cəza müddəti 2028-ci ilin dekabrın 5-də başa çatacaq.
 
Qeyd edək ki, Timoti Lüis "Jolly Joker" arenasında keçirilən mundialda 95 kq çəki dərəcəsində yarışıb. O, sağ əllə 4-cü, solla isə 7-ci pilləni tutub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər